Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı çapdan çıxıb
18.12.2019 16:12
  • A-
  • A
  • A+

“Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı çapdan çıxıb

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı işıq üzü görüb.

Nəşrə “Ön söz”ü kitabın elmi redaktoru, filologiya elmləri doktoru Esmira Fuad yazıb.

Nəsimişünas alimin monoqrafiyasında şairin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud mübahisəli mə­sələlərə münasibət bildirilir, onun irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Şairin söz sənətindəki yerini gös­tə­rən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənə­nə və fərdiyyət kontekstində dəyərləndirilir.

Vəsait “Nəsimi lirikasının tədqiqi tarixi”, “Nə­si­mi li­ri­ka­sı­nın baş­lı­ca ir­fa­ni mə­caz və mo­tiv­lə­ri” və “Nə­si­mi­nin söz sə­nət­kar­lı­ğı” ad­lı fəsillərdən ibarətdir.

Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr, magistrantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: