Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı olub
18.12.2019 15:00
  • A-
  • A
  • A+

“Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı olub.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, Latviyada nəşr olunan kitab Azərbaycan ədəbiyyatının, söz sənətinin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edib ki, nəşrdə Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına ümumi nəzər salınıb, ədibin romanlarında öz əksini tapan Avropa mühiti, habelə Şərq və Qərbin müqayisəsinin təhlili aparılıb. Monoqrafiyada Şərq-Qərb dialoqu, eyni zamanda Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsi gənc tədqiqatçı tərəfindən yığcam şəkildə işıqlandırılıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.

Sonda müəllif tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: