Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hikmət yarpaqları” kitabı işıq üzü görüb
18.12.2019 12:28
  • A-
  • A
  • A+

“Hikmət yarpaqları” kitabı işıq üzü görüb

AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşları tərəfindən “Hikmət yarpaqları” adlı kitab nəşr  olunub.

Kitab yaradıcılığı çox az tədqiq olunan, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi soyuna mənsub şair Əli Şövqi Şeyxzamanlının həyat və yaradıcılığına həsr olunub. Əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış istedadlı şairin ədəbi irsindən nümunələr və əlyazmalar yer alıb.

Transliterasiya və "Ön söz"ün müəllifi Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusiflidir.

Yeni nəşr Əli Şövqi Şeyxzamanlının unudulmaqda olan zəngin ədəbi irsinin araşdırılıb-öyrənilməsinə dəyərli töhfədir.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.                

  • Paylaş: