Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikası şəraitində ətirli tütün sortlarının becərilməsi” adlı monoqrafiya nəşr olunub
18.12.2019 09:13
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikası şəraitində ətirli tütün sortlarının becərilməsi” adlı monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Seyidzadənin “Naxçıvan Muxtar Respublikası şəraitində ətirli tütün sortlarının becərilməsi” adlı monoqrafiyası çapdan çıxıb.

Nəşrdə muxtar respublika şəraitində sort tipinə, mənşəyinə görə fərqlənən ətirli tütün bitkisi sortlarının həm ayrı-ayrı, həm də kompleks bioloji və təsərrüfat xüsusiyyətləri öyrənilib, qida sahəsindən asılı olaraq azot gübrəsinin müxtəlif normalarının tütün bitkisinin məhsuldarlığına, əmtəə növ çıxımına, keyfiyyət göstəricilərinə təsirinin tədqiqi və onların müqayisəli xarakteristikası aparılıb, iqtisadi cəhətdən səmərəli sortlar fermer təsərrüfatlarına tövsiyə edilib.

Monoqrafiya muxtar respublika şəraitində tütünçülüklə məşğul olan elmi işçilər, fermerlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: