Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin uğuru
17.12.2019 14:53
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin uğuru

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı, k.ü.f.d. Ziya Əliyev antiferromaqnit (AFM) və topoloji izolyator (Tİ) xassələrinə malik yeni maddələrin (AFMTİ) sintezinə və onların mükəmməl monokristallarının alınmasına nail olublar. Fizika İnstitutunun laboratoriya rəhbəri, professor İmaməddin Əmiraslanov isə həmin maddələrin kristal quruluşlarını təyin edib.

Alınmış yeni nəsil materiallar Rusiya, İspaniya, Almaniya, İtaliya, Avstriya və Yaponiyanın aparıcı elmi mərkəzlərində ən müasir üsullarla tədqiq edilib, onların AFMTİ xassələri təsdiq olunub.

Birgə tədqiqatların nəticəsi dünyanın nüfuzlu elmi nəşri olan “Nature” (impakt faktor 43.07) jurnalında işıq üzü görüb.

Xatırladaq ki, maddənin bu kvant halının mümkünlüyü 2010-ci ildə nəzəri olaraq irəli sürülüb. Lakin son illərdə dünyada Tİ materialları sahəsində böyük uğurlar qazanılmasına baxmayaraq, indiyədək AFMTİ materiallarını sintez etmək mümkün olmayıb. Bu sinif materialların gələcəyin elektronikası olan spintronikanın və kvant kompüterlərinin yaradılması istiqamətində tədqiqatlarda inqilabi dəyişikliyə gətirib çıxaracağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: