Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına salınıb
17.12.2019 09:40
  • A-
  • A
  • A+

Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına salınıb

Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.

Mərakeş Krallığının paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, ölkəmizin İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb. Ümumiyyətlə, 117 tarixi və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına, Yəməndə yerləşən 3 abidə isə İslam ölkələrində dağılmaq təhlükəsi olan abidələr siyahısına salınıb.

Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması və qorunması sahəsində fəaliyyətin gücləndirilməsini hədəfləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: