Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib
17.12.2019 09:08
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

AMEA-nın Fəlsəfə İnstitutu boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Vakant yerlər institutun Müasir siyasətin fəlsəfəsi şöbəsində aparıcı elmi işçi vəzifəsi üzrə 2 yer, Məntiq şöbəsində aparıcı elmi işçi vəzifəsi üzrə 1 yer, Estetika şöbəsində isə böyük elmi işçi vəzifəsi üzrə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: