Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Geosistemlərin və litogenezin müxtəlif tiplərinin dərk edilməsinin metodologiyası” adlı kitab nəşr olunub
16.12.2019 15:10
  • A-
  • A
  • A+

“Geosistemlərin və litogenezin müxtəlif tiplərinin dərk edilməsinin metodologiyası” adlı kitab nəşr olunub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevGeologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadə, GGİ-nin elmi katibi, geologiya-mineralogiya elmləri namizədi Yeganə Lətifova və həmin müəssisənin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Xalidə Əlizadənin həmmüəllifi olduqları “Geosistemlərin və litogenezin müxtəlif tiplərinin dərk edilməsinin metodologiyası” adlı kitab çapdan çıxıb.

Elmi əsərdə müəlliflər bildirirlər ki, materiyanın sistemli-struktur tədqiqatında dialektikanın “əksliklərin vəhdəti və mübarizəsi” qanunu hadisələrin proqnozunda mühüm metodoloji yanaşma roluna malikdir. Bu qanun əsasında tektonik aktiv və passiv sahələrin neft-qazlılığının dialektik proqnozu mümkündür.

Qarşılıqlı geosistemlər üçün metodoloji tədqiqatların tətbiqi birbaşa tədqiqatların qeyri-mümkün olduğu sahələrdə baş verən geoloji proseslərin və hadisələrin xarakterini məntiqi (dialektik proqnozla) olaraq müəyyən etməyə imkan verir. Bu elmi yanaşma keçmiş hadisələrin daha dəqiq şəkildə yenidən qurulmasının (rekonstruksiyası), müasir proseslərin dərindən dərk edilməsinin və onların gələcək inkişaf istiqamətlərinin etibarlı şəkildə əks olunmasının əsasını təşkil edir.

Yeni nəşr geoloqlar, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi problemləri ilə məşğul olan mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: