Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Şahin Mustafayevin məruzəsi Almaniyada keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb
16.12.2019 10:38
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayevin məruzəsi Almaniyada keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb

Dekabrın 12-14-də Almaniyanın Leypsiq şəhərində Leypsiq Universitetinin təşkil etdiyi “Mədəniyyətlərarası transfer – Yeni nəzəriyyənin 35 illik təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin məqsədi keçən əsrin 80-ci illərindən etibarən Fransa və Almaniyanın ictimai-humanitar elmlərində tətbiq edilməyə başlanan və “mədəni transfer” adı ilə müasir Qərb elmində populyarlıq qazanan yeni nəzəriyyə və tədqiqat metodologiyasının keçdiyi inkişaf yolunu dəyərləndirmək və perspektivlərini müzakirə etmək olub. Son illərdə qeyd olunan nəzəriyyə və tədqiqat metodologiyası Avropada Şərq cəmiyyətlərinə, o cümlədən Qafqaz və Azərbaycana aid araşdırmalarda da tətbiq edilməyə başlanıb.

Konfransın işində Almaniya, Fransa, Yunanıstan, Türkiyə, Livan, Çin, Vyetnam və digər ölkələrin alimləri iştirak ediblər. Tədbirdə Azərbaycanı AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. Konfrans çərçivəsində o, “Azərbaycanın tarixi məkanının formalaşmasında İpək Yolunun rolu” adlı elmi məruzə ilə çıxış edib.

Azərbaycan aliminin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: