Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Praqa şəhərində keçiriləcək sərgidə iştirak edəcək
19.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Praqa şəhərində keçiriləcək sərgidə iştirak edəcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə Çexiya Respublikasının Milli Muzeyi arasında bağlanan müqaviləyə əsasən 20 noyabr 2014 - 15 fevral 2015-ci il tarixlərində Praqa şəhərindəki Asiya, Afrika və Amerika mədəniyyəti – Naprstek muzeyinin sərgi salonunda “Azərbaycan: möcüzəli odlar yurdu” adlı beynəlxalq sərginin keçirilməsi nəzərdə tutulub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli iclasında qəbul olunub.

İclasda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 243 eksponatının beynəlxalq sərgidə nümayişi ilə əlaqədar mədəniyyət sərvətlərinin Azərbaycandan çıxarılması üçün AR Mədəniyyət və Turizm Nazirliyi qarşısında vəsatət qaldırılıb.

Sərgidə, həmçinin “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi ilə əlaqədar nümayişin təşkil olunması da qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: