AMEA-nın Geologiya və Geofizika İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə (doktorantura):
2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” – 1 yer (əyani);
2512.01 – “Ümumi və regional geologiya” (“Paleontologiya və stratiqrafiya”) – 1 yer (əyani);
2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani).
Fəlsəfə doktoru proqramı üzrə (dissertantura):
2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” – 2 yer;
2512.01 – “Ümumi və regional geologiya” (“Paleontologiya və stratiqrafiya”) – 2 yer.
Elmlər doktoru proqramı üzrə (dissertantura):
2503.01 – “Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları” (Şəki REM üçün) – 1 yer;
2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” – 1 yer;
2512.01 – “Ümumi və regional geologiya” – 1 yer;
2620.01 – “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya” – 1 yer.
Sənədlər cari ilin 10-28 dekabr tarixlərində qəbul ediləcək.
Tel.: (+994 12) 510 01 41 (143)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.