www.science.az
10.12.2019 12:43

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, AMEA-da “Tarixin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Tədbirə Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Almaniyadan olan alimlər də məruzələrini təqdim ediblər.

Beynəlxalq konfrans dekabrın 11-i saat 11:00-da AMEA-nın Əsas binasında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.