Gürcüstan Texniki Universitetinin (GTU) Nəqliyyat və maşınqayırma kafedrasının professoru Cəmil Qasımov AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub.
İSİ-nin direktoru, akademik Telman Əliyevlə görüş zamanı bildirilib ki, C.Qasımov Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində bilavasitə iştirak edib və koordinator vəzifəsində çalışıb.
Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizində hərəkətin təhlükəsizliyi üzrə birgə aparıla biləcək layihələr, eləcə də GTU ilə İSİ arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonda C.Qasımov İSİ-nin həyata keçirdiyi layihələrlə tanış olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.