www.science.az
05.12.2019 15:03

"Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda elmi-praktik konfrans keçiriləcək

Dekabrın 11-də saat 15:00-da AMEA-nın Əsas binasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı "Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda elmi-praktik konfrans keçiriləcək.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunacaq tədbirdə “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin yeni intibahı”, “Azərbaycan: Qafqazın lider dövləti” mövzusunda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid pros. 117

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.