Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın dörd institutunun birgə layihəsi Rusiyada diploma layiq görülüb
04.12.2019 14:58
  • A-
  • A
  • A+

AMEA-nın dörd institutunun birgə layihəsi Rusiyada diploma layiq görülüb

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya, Dendrologiya, Geologiya və Geofizika institutlarının “Azərbaycanın palçıq vulkanları yerləşən rayonlarında yüksək tutumlu ekoloji infrastrukturun formalaşması” adlı birgə layihəsi Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən 3-cü dərəcəli laureat diplomuna layiq görülüb.  

Layihənin əsas məqsədi Bakının Qaradağ rayonunun Qobustan massivindəki palçıq vulkanlarının fəaliyyətinin nəticələrinin araşdırılması və həmin ərazidə turizm üzrə infrastrukturun yaradılmasına dair torpaq və ekoloji tədqiqatların aparılmasıdır.

Tədqiqatların əsas istiqamətləri palçıq vulkanları yayılmış torpaqların ekoloji vəziyyətə təsirinin öyrənilməsi, davamlı yaşıl bitki örtüyünün yaradılması və ekoloji tarazlığa nail olmaqdan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: