Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə sözü işığında” kitabı işıq üzü görüb
18.09.2014 00:00
  • A-
  • A
  • A+

“Dədə sözü işığında” kitabı işıq üzü görüb

AMEA Folklor İnstitutunda fil.ü.e.d, professor Əzizxan Tanrıverdinin “Dədə sözü işığında” kitabı işıq üzü görüb.

Monoqrafiyada “Dədə Qorqud kitabı”nda işlənmiş qohumluq terminləri tarixi-linqvistik müstəvidə tədiq edilir. Oğuz kişiləri və xanımları, eləcə də başqa qohumluq münasibətləri kitabın poetik strukturu kontekstində araşdırılır, eyni zamanda qorqudşünaslığa dair bir sıra əsərlərə münasibət bildirilir.

Kitabın redaktoru AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov, rəyçilər fil.ü.e.d., prof. Ramazan Qafarlı, fil.ü.e.d., prof. Məhərrəm Məmmədli, fil.ü.e.d., prof. Minaxanım Təkləli, fil.ü.e.d. Seyfəddin Rzasoy və İlham Abbasovdur.

Qeyd edək ki, bu kitab müəllifin “Dədə Qorqud” eposunun dilinə həsr etdiyi 9-cu kitabdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: