Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub
04.12.2019 11:23
  • A-
  • A
  • A+

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub

Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, institutda YAP ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.

Alim əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlərinə görə “İlin peşəkar gənci” adı ilə təltif olunub.

Qaliblərin mükafatlandırılması mərasimində L.Qafar-zadəyə Fəxri diplom, ”İlin peşəkar gənci” döş nişanı və mükafatın vəsiqəsi təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: