Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dilçilik araşdırmaları” jurnalının yeni nömrəsində gənc doktorantların məqalələri dərc olunub
04.12.2019 11:29
  • A-
  • A
  • A+

“Dilçilik araşdırmaları” jurnalının yeni nömrəsində gənc doktorantların məqalələri dərc olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Dilçilik araşdırmaları” jurnalının 2019-cu il üçün birinci nömrəsi çapdan çıxıb.

Məcmuənin bu nömrəsində müasir Azərbaycan dilçiliyi, türkoloji dilçilik, nəzəri və tətbiqi dilçilik, tarixi və müqayisəli dilçiliyin tədqiqinə aid müxtəlif məqalələr əksini tapıb. Jurnalın “Gənc dilçilər” bölməsində gənc doktorantların məqalələri yer alıb.

Jurnalın baş redaktoru akademik Möhsün Nağısoylu, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, buraxılışa məsul redaktor filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli-Qəribova, məsul katib isə filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyevadır.

Qeyd edək ki, “Dilçilik araşdırmaları” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: