Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Cərəyan dəyişmələrini aşkar edən və yanğınların qarşısını alan yeni alət yaradılıb
04.12.2019 11:21
  • A-
  • A
  • A+

Cərəyan dəyişmələrini aşkar edən və yanğınların qarşısını alan yeni alət yaradılıb

ABŞ mühəndisləri tərəfindən təqdim edilmiş yeni alət elektrikötürmə xətlərində cərəyan dəyişmələrini müəyyənləşdirərək, bu haqda kommunal xidmətlərinə avtomatik məlumat verir. Alimlər əmindirlər ki, bu texnologiya meşə yanğınlarının sayını kəskin şəkildə azaldacaq.

hightech.fm saytının məlumatına görə, Texas və Kaliforniya daxil olmaqla ABŞ-ın bir neçə ştatında “Distribution Fault Anticipation” adlandırılmış texnologiyanın tətbiqinə başlanılıb.

Sözügedən texnologiyanın yaradıcılarından biri olan Rassel Donun sözlərinə görə, nasaz qurğuların yenicə sıradan çıxmağa başladıqda bu alət vasitəsiylə aşkarlanması, həmçinin deqradasiya prosesində olan qurğuların fəlakət baş verməzdən əvvəl müəyyən edilməsi böyük nailiyyətdir.

  • Paylaş: