Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
04.12.2019 09:15
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinə baş elmi işçi, Əlyazmaların və əski çap kitabların tərcüməsi şöbəsinə baş elmi işçi və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinə baş elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru alimlik dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc edilən, sahə üzrə iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26.

Telefon: (+994 12) 505 68 93.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: