Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

03.12.2019 17:43
  • A-
  • A
  • A+

Yaponiyalı magistrant Fizika İnstitutunda təcrübə keçir

Yaponiyalı magistrant Fizika İnstitutunda təcrübə keçir

Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano AMEA-nın Fizika İnstitutunda təcrübə keçir.

R.Kitano təcrübə müddətində müəssisənin İnnovasiya sektorunda optik xassələrin öyrənilməsi istiqamətində araşdırmalar aparacaq.

Zona quruluşunun hesablanmasına dair tədqiqat işləri isə Fizika İnstitutu və Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: