Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fəlsəfə İnstitutunun “Elmi əsərlər” jurnalının saytı fəaliyyətə başlayıb
29.11.2019 16:14
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunun “Elmi əsərlər” jurnalının saytı fəaliyyətə başlayıb

AMEA-nın Fəlsəfə İnstitutunun “Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnalının scientificworks.az saytı fəaliyyətə başlayıb.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda “Elmi əsərlər” jurnalının indiyədək çap olunmuş saylarının elektron versiyaları əksini tapıb.

Saytda “Xəbərlər”, “Jurnal haqqında”, “Redaksiya heyəti”, “Müəlliflər üçün məlumat”, “Jurnalın sayları”, “Məqalə göndər” və “Əlaqə” bölmələri fəaliyyət göstərir. Müəlliflərin rahatlığını təmin etmək məqsədilə saytda məqalələrin onlayn qəbulu funksiyası da yaradılıb.

Qeyd edək ki, “Elmi əsərlər” jurnalı 2006-cı ildən fəaliyyət göstərir. Jurnaldakı məqalələrin maraq dairəsinin geniş olmasını və xarici müəlliflərin müntəzəm şəkildə jurnala məqalələrlə müraciət etməsini nəzərə alaraq 2009-cu ildən beynəlxalq elmi-nəzəri jurnal statusu alıb.

Jurnalda indiyədək yerli mütəxəssislərlə yanaşı, Türkiyə, ABŞ, Rusiya, İran, Fransa, İtaliya, Çin, Misir, Tunis, Əlcəzair, Ukrayna, Qazaxıstan və digər dövlətlərin tanınmış alim və tədqiqatçıları elmi ictimaiyyət tərəfindən böyük maraq doğuran məqalələrə çıxış edib.

Jurnala Azərbaycan, rus və ingilis dillərində təqdim olunmuş bütün məqalələr antiplagiat proqramı vasitəsilə yoxlanıldıqdan sonra ekspertlərə göndərilir, müsbət rəy alan məqalələr çap olunur.

İldə iki dəfə nəşr olunan jurnalın baş redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, baş redaktorun müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli, məsul katibləri isə fəlsəfə üzrə fəlsəfə doktorları, dosentlər Həbib Hüseynov və Zeynəddin Şabanovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: