www.science.az
08.11.2013 00:00

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

Tədbirdə mərkəzin direktoru, elmi şuranın üzvləri və institutun gənc əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişlimüəssisənin yaranma tarixi və inkişafı haqqında ətraflı məlumat verdi. Azərbaycanda seysmik müşahidə şəbəkəsinin genişləndiyini və bunun nəticəsində RSXM tərəfindən aparılan kompleks seysmoloji tədqiqatların keyfiyyətinin yüksəldiyini söyləyən Q.Yetirmişli ötən il Azərbaycanda instrumental seysmoloji tədqiqatların aparılmasının 110 illiyinin qeyd olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Q.Yetirmişli bildirdi ki, görülən işlər nəticəsində dünyanın aparıcı ölkələri—ABŞ, Yaponiya, Səudiyyə Ərəbistan və digər ölkələr əməkdaşlıq etməyə maraq göstərir. Direktorun sözlərinə görə, bu il RSXM tərəfindən quraşdırılan 4 telemetrik stansiya artıq fəaliyyətə başlayıb və bununla da telemetrik seysmik stansiyalarının sayı 35-ə çatıb. Həmçinin o, respublika ərazisində 22 GPS stansiya quraşdırıldığını, mərkəzin geofizika və geokimya bölmələrinin texniki avadanlıqları və cihazları yeniləndiyini, daha bir geokimya stansiyası açıldığını və mərkəzin 10-a yaxın qrant layihələrində iştirak etdiyini xüsusi vurğuladı. Sonra bu Şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi. Tərkibi 11 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri

Vüqar Fərəcəv

, katibi 

Cəmilə Məmmədova

 seçildi. AMEA Gənc Alim və Mütəxəssislər Şurasına üzv olmaq üçün Mərkəzdən 3 namizəd irəli sürüldü. Sonda RSXM-in direktoru Gənc Alim və Mütəxəssislər Şuranın yaradılması münasibətilə iştirakçıları təbrik edərək tövsiyələrini verdi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.