Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiya Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub
27.11.2019 11:39
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub

Rusiya Elmlər Akademiyasının (REA) həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsi haqqında 10 may 2019-cu il tarixli elan dərc olunduqdan sonra REA-nın həqiqi üzvlüyünə 328, müxbir üzvlüyünə isə 1505 nəfərin namizədliyi qeydə alınıb.

Qurumun 14-15 noyabr 2019-cu il tarixlərində keçirilən Ümumi Yığıncağında akademiyanın Nizamnaməsinə əsasən, REA-nın yeni həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

Seçkilərin nəticələri REA-nın mətbu orqanı olan “Poisk” qəzetinin 22 noyabr tarixli 47-ci sayında nəşr olunub. REA-nın bütün bölmələri üzrə seçilmiş yeni həqiqi və müxbir üzvlərin siyahısı ilə buradan tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: