Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Pakistanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub
21.11.2019 10:32
  • A-
  • A
  • A+

Pakistanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

Pakistanın Elm və Texnologiya Təşkilatının (COMSTECH) məsləhətçisi Dr. Xurşid Hasanain AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub.

Müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov qonağa insitutun tarixi, elmi nailiyyətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüş zamanı, həmçinin iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra X.Hasanain institutun laboratoriyalarında quraşdırılan müasir avadanlıqlarla və aparılan elmi tədqiqat işləri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: