Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Açıq qapı” günü keçirilib
21.11.2019 09:21
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Açıq qapı” günü keçirilib

Noyabrın 20-də AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı şəhəri, Nəsimi rayonu 211 saylı tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması və onlarda kimya elminə marağın artırılması olub.

Tədbir çərçivəsində məktəblilərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında məlumat verilib.

Şagirdlər daha sonra müəssisənin laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla tanış olublar. Bundan əlavə, onlar üçün Analitik kimya laboratoriyasında müxtəlif əyləncəli təcrübələr nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: