Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycan alimləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçiliblər
18.11.2019 18:07
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçiliblər

Azərbaycan alimləri – tibb elmləri doktoru, professor Elmar Musayev və Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun innovasiya və tətbiq fəaliyyəti üzrə direktor müavini, texnika elmləri doktoru, professor Zahid Qocayev Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü seçiliblər.

E.Musayev REA-nın Fiziologiya Elmləri Bölməsinin Patofiziologiya ixtisası üzrə, Z.Qocayev isə Kənd-Təsərrüfatı Elmləri Bölməsinin Kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması ixtisası üzrə müxbir üzv seçiliblər.

Qeyd edək ki, E.Musayev onkologiya sahəsində aparıcı mütəxəssisdir. O, Azərbaycan diasporunun inkişafında göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Z.Qocayev isə avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində tanınmış alimdir. O, mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması, mobil maşınların möhkəmliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzrə çalışır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: