Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev V Beynəlxalq Dialektoloji konfransda iştirak edib
12.11.2019 15:23
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev V Beynəlxalq Dialektoloji konfransda iştirak edib

Türkiyənin Adana şəhərində V Beynəlxalq Dialektoloji konfrans keçirilib.

Tədbir Türk Dil Qurumu və Çuxurova Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

İki gün davam edən konfransda ölkəmizi Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil edib.

Azərbaycanlı alim tədbirdə "Naxçıvan (Azərbaycan) və Qars (Türkiyə) şivələrində qarşılıqlı təsirin tədqiqi məsələləri" mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: