Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib
12.11.2019 15:08
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Vakant yerlər institutun Çap kitablarının tədqiqi şöbəsinə müdir, Əlyazmaların bərpası və gigiyenası laboratoriyasına müdir və İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə 1 yerdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi və sahə üzrə iş təcrübəsi olan, elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan ixtisaslı mütəxəssislər iştirak edə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq.

Tel.: (+994 12) 505 68 93

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: