Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim beynəlxalq qurultayda elmi nəticələrini təqdim edib
12.11.2019 10:25
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq qurultayda elmi nəticələrini təqdim edib

Türkiyənin İstanbul şəhərində VI Türk Tibb Dünyası Qurultayı keçirilib.

Tədbirdə ölkəmizi Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib. Azərbaycanlı alim qurultayda "Milyonlarla insanın həyatını qorumaq potensialı olan yaşıl bitki yarpaqlarında malyariya və qara yara vaksinlərinin istehsalı" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, malyariya bu gün dünyada ən çox insan xəstəliyinə və ölümünə səbəb olan xəstəliklərdən biridir və onun qarşısını ala biləcək peyvənd hələ də mövcud deyil. O, ixtira etdiyi hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini söyləyib.

T.Məmmədov elmi nəticələrinin nüfuzlu "Scientific Reports" jurnalında dərc edildiyini diqqətə çatdırıb. O, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Azərbaycanlı alim tədbirin təşkilatçıları olan Türkiyənin Səhiyyə naziri Dr. Fəxrəddin Qoca və nazir müavini Prof. Dr. Əminə Alp Meşə ilə də görüşüb, hazırladığı yeni nəsil vaksinlərin bu ölkədə istehsalı barədə müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: