Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2019 15:34
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunda Sülh və İnkişaf Naminə Dünya Elm Gününə həsr olunan dəyirmi masa keçirilib

Fəlsəfə İnstitutunda Sülh və İnkişaf Naminə Dünya Elm Gününə həsr olunan dəyirmi masa keçirilib

Bu gün AMEA-nın Fəlsəfə İnstitutunda “Azərbaycan fəlsəfəsi və müasir elm” mövzusunda dəyirmi masa keçirilib. Tədbir UNESKO-nun elan etdiyi 10 Noyabr - Sülh və İnkişaf Naminə Dünya Elm Gününə həsr olunub.

İclası Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq elm ilə digər sahələrin birgə fəaliyyətinə toxunub. Bildirib ki, “elm və sülh”, “elm və idarəçilik”, “elm və inkişaf”, “elm və iqtisadiyyat”, “elm və səmərəlilik”, “elm və süni intellekt” və s. istiqamətlər vacib əhəmiyyət kəsb edir və bu məsələlər daim alimləri düşündürür.

Sonra Fəlsəfə İnstitutunun şöbə müdirləri - f.e.d. Adil Əsədovun “Müasir elm idraki paradiqmaların əvəzlənməsi kontekstində”, f.e.d. Füzuli Qurbanovun “Azərbaycan elminin dinamikası: fəlsəfi-tarixi baxış”, elmi işçi, f.ü.f.d. Şölət Zeynalovun “Fəlsəfə və elm həmrəylik vasitəsi kimi” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Azərbaycanda dövlətçilik ənənəsinin güclü, fəlsəfi, ideoloji, elmi və mənəvi-mədəni konsepsiyalarının movcudluğundan, müasir fəlsəfənin idraki paradiqmalarından, elmi-texniki tərəqqinin ziddiyyətli məqamlarından və s. danışıblar.

Sonda fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova, fəlsəfə üzrə fəlsəfə doktorları - İradə Zərqanayeva, Mətləb MahmudovMəhəmməd Cəbrayılov çıxış edərək mövzu ilə bağlı fikirlərini söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: