Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Akademik Vaqif Abbasov Suraxanı rayon məktəbliləri ilə görüşüb
07.11.2019 12:05
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov Suraxanı rayon məktəbliləri ilə görüşüb

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Suraxanı rayon İcra Hakimiyyəti və Suraxanı rayon Heydər Əliyev Mərkəzi arasında 2017-ci ildə imzalanmış müqaviləyə əsasən rayonun aztəminatlı ailələrinin uşaqları üçün kimya və fizika fənlərindən ödənişsiz kurslar təşkil olunub.

2019-cu ildə məşğələləri başa çatan şagirdlərdən 9-u ali məktəblərə qəbul olub.

Cari ilin oktyabr ayından isə yeni qrup məşğələlərinə start verilib. NKPİ-nin direktoru, akademik Vaqif Abbasov məşğələ qrupunun iştirakçıları ilə görüşüb, onlara dəyərli tövsiyələr verib. Alim məktəbliləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: