Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.11.2019 16:55
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı ilə İranın Ənzəli-Astara Texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkı ilə İranın Ənzəli-Astara Texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

İranın Gilan vilayətinin Ənzəli-Astara Texnoparkının direktoru Bəhari Purmuradi və “EPC Group”un direktoru Məhəmməd Miyabi AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

YT Parkın direktoru, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov qonaqlara rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. Bildirib ki, AMEA Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı əsasında ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də alimlərimizin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması məqsədilə yaradılıb. Yerli və xarici təşkilatlarla, investorlarla əməkdaşlığın qurulmasının, genişləndirilməsinin YT Parkın əsas prioritetlərindən biri olduğunu deyən S.Məmmədov kənd təsərrüfatı və s. sahələrdə birgə əməkdaşlığın mümkünlüyünü söyləyib.

Bundan əlavə, görüşdə qurumlar arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar YT Parkın rezidentləri - “AMEA Təcrübə-Sənaye Zavodu” MMC, “Millers Oils Azərbaycan” MMC və “Elm və Texnologiyalar Parkı” MMC-nin istehsal sahələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: