www.science.az
05.11.2019 09:56

Məktəblilər İnformasiya Texnologiyaları İnstitutunda yaradılan şəraitlə tanış olublar

Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin şagirdləri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunu ziyarət ediblər.

Məqsəd şagirdlərdə elmə marağın artırılması olub.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov müəssisənin qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrildiyini, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını bildirib. Qeyd edib ki, institutda Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzləri var.

R.Ələkbərov AzScienceNet şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyib.

Şagirdlər, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.