Sentyabrın 17-də saat 11:00-da AMEA-nın Əsas binasının dairəvi zalında Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçiriləcək.
Tədbirin təşkilatçıları AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetidir. Xatirə günündə Azərbaycan alimləri ilə yanaşı, iranlı şəhriyarşünaslar, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin də iştirakı gözlənilir.
Ünvan: H.Cavid pr. 31
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.