Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft-Kimya Prosesləri İnstitutunun alimləri, bioqrafik portret, elmə və təhsilə töhfələr” adlı kitab nəşr olunub
04.11.2019 10:19
  • A-
  • A
  • A+

“Neft-Kimya Prosesləri İnstitutunun alimləri, bioqrafik portret, elmə və təhsilə töhfələr” adlı kitab nəşr olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi münasibətilə “Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr” kitabı çapdan çıxıb.

Kitabı nəşrə institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Leylufər Əliyeva hazırlayıb.

Nəşrə NKPİ-də çalışmış və hazırda çalışan elmlər doktorları, professorlar haqqında bioqrafik məlumatlar daxil edilib. Ümumilikdə kitabda 44 elmlər doktoru və professor, 41 fəlsəfə doktorunun bioqrafik məlumatları yer alıb.

Kitab yuxarı sinif şagirdləri, bakalavr və magistr pillələrinin tələbələri, doktorantlar və geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: