www.science.az
01.01.1970 04:00

“Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı olan AMEA üzvləri” kitabı nəşr edilib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi münasibətilə “Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı olan AMEA üzvləri” adlı kitab nəşr edilib.

“Elm” Nəşriyyatında çap olunan kitabda 1945-ci ildən indiyədək NKPİ-də çalışmış və hazırda fəaliyyət göstərən AMEA üzvləri barədə dolğun məlumat yer alıb.

Kitabda Azərbaycan Elmlər Akademiyasının və AMEA-nın 20 həqiqi üzvü (akademik), 12 müxbir üzvü haqqında məlumat verilir.

Yeni nəşr şagirdlər, tələbələr, tədqiqatçılar və müəllimlər üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.