Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.11.2019 11:08
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi-texniki əməkdaşlıq məsələsi müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi-texniki əməkdaşlıq məsələsi müzakirə olunub

Ukraynanın xüsusi texnika istehsal edən V.O.Malışev аdınа zavodun baş direktorunun müavini A.Malakey və mühərrikqayırma üzrə baş konstruktoru Y.Ovçarov AMEA-nın Aşqarlar Kimyası İnstitutunu (AKİ) ziyarət ediblər.

Məqsəd iki qurum arasında elmi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək olub.

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Vaqif Fərzəliyevlə görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər haqqında məlumat verilib. Görüş zamanı bildirilib ki, hələ SSRİ dövründə AKİ tərəfindən V.O.Malışev аdınа zavodda istehsal edilən texnika üçün xüsusi motor yağı ("М-l6ИХП-3") hazırlanıb və istehsalı həyata keçirilib. V.Fərzəliyev qeyd olunan zavodda xüsusi təyinatlı dizel mühərrikləri üçün "М-16ИХП-3" tipli yeni motor yağlarının hazırlanması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirməyi təklif edib.

Qonaqlar institutun təklifini qəbul edib, belə əməkdaşlığın onlar üçün vacib olduğunu vurğulayıblar.

Sonda zavodun nümayəndələri institutun laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: