Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rusiyada beynəlxalq forumda iştirak edib
31.10.2019 16:17
  • A-
  • A
  • A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rusiyada beynəlxalq forumda iştirak edib

Oktyabrın 30-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində gənc alimlərin “Yeni materiallar və perspektivli texnologiyalar” adlı V Beynəlxalq Multidissiplinar Forumu işə başlayıb.

Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının təşkilatçılığı ilə keçirilən forumda ölkəmizi AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil edib.

Forumun plenar iclasında azərbaycanlı alimin mövzu üzrə məruzəsi dinlənilib. Məruzəçi ölkə rəhbərliyinin AMEA-nın timsalında Azərbaycan elminin inkişafı ilə bağlı apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurlu nəticələrlə, ciddi nailiyyətlərlə müşayiət olunduğunu bildirib. Qeyd edib ki, AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb.

Çıxışının sonunda F.Salmanov ənənəvi keçirilən tədbirin Rusiya və Azərbaycan, o cümlədən forumda təmsil olunan digər ölkələrin gəncləri arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi baxımından faydalı platforma olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: