Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əbdülxaliq Cənnətinin “Məsnəviyyat” əsəri nəşr olunub
30.10.2019 14:09
  • A-
  • A
  • A+

Əbdülxaliq Cənnətinin “Məsnəviyyat” əsəri nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində yaşayıb-yaratmış şair Mirzə Əbdülxaliq Qafarzadə Cənnətinin “Məsnəviyyat” əsəri nəşr olunub.

Oxuculara təqdim olunan əsər şairin avtoqraf əlyazmasıdır və burada müxtəlif mövzulu şeirlər yer alır. Əsərin mətnini transfoneliterasiya edən, kitabın tərtibçisi və "Ön söz"ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevadır. 

Nəşrin elmi məsləhətçisi professor Azadə Musabəyli, redaktoru Hacı Mustafa Mailoğlu, rəyçisi isə Sona Xəyaldır.

Qeyd edək ki, Bakı və Abşeron ədəbi mühitinin görkəmli nümayəndələrindən biri olan Əbdülxaliq Cənnəti şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şair, eyni zamanda Bakıda fəaliyyət göstərən “Məcməüşşüəra” ədəbi məclisinin fəallarından olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: