Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq forumda iştirak ediblər
29.10.2019 17:04
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq forumda iştirak ediblər

Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunun təşkilatçılığı ilə “Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda VIII beynəlxalq forum keçirilib.

Tədbirdə ölkəmizi təmsil edən AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov “İqtisadiyyatın sağlığı-solluğu: iqtisadi inkişaf strategiyasının seçimi” mövzusunda məruzə ilə çıxış edib. O, İqtisadiyyat İnstitutunda hazırlanan və beynəlxalq ekspert icmasına təqdim olunan nəzəri-konseptual müddəalar, eləcə də iqtisadi islahat prioritetlərinin seçilməsində bunların əhəmiyyəti haqqında danışıb.

Bundan əlavə, institutun əməkdaşı, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev “Azərbaycan iqtisadiyyatının institusional islahatlar əsasında modernləşdirilməsi” mövzusunda iştirakçılara məlumat verib.

Rusiyalı alimlər AMEA İqtisadiyyat İnstitutunda aparılan tədqiqatları yüksək qiymətləndirib, əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: