Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin 2018-ci il üzrə biblioqrafik göstərici kitabı nəşr olunub
28.10.2019 16:07
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin 2018-ci il üzrə biblioqrafik göstərici kitabı nəşr olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının illik elmi əsərlərini – monoqrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında nəşr olunmuş məqalələri, dövri mətbuatda və İnternet resurslarında dərc olunan yazıları, müsahibələri özündə əhatə edən vəsait – "Biblioqrafik göstərici – 2018” kitabı işıq üzü görüb.

Toplu AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü və layihə rəhbərliyi ilə 2013-cü ildən etibarən nəşr olunur. 

İnstitutun Elmi şurasının qərarı ilə çap olunan nəşrin tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva və Sona İbrahimova, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Biblioqrafiya Zakirə Əliyevanın “Gələcək illərin təməli olan ədəbiyyatşünaslıq elmi biblioqrafiyası” adlı “Ön söz”ü ilə başlayır.

Toplu Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2018-ci ildəki elmi axtarışlarının məcmusu kimi Azərbaycan ədəbiyyatşünaslıq  elminin müasir nailiyyətlərini əks etdirməklə yanaşı, gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, biblioqrafik göstəricidə Ədəbiyyat İnstitutunun 2018-ci il üçün elmi nəşrlərinin statistik mənzərəsini aydın şəkildə görmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: