Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc alimlər arasında keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
18.06.2014 00:00
  • A-
  • A
  • A+

Gənc alimlər arasında keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

AMEA Fizika İnstitutunda bu qurumun Həmkarlar İttifaqı Komitəsi və Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə 2013-cü ilin yekunlarına əsasən 35 yaşa qədər olan gənc alimlər arasında elmi-tədqiqat işlərinin (məqalə, tezis, patent və.s) qiymətləndirilməsi istiqamətində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.

Ənənəvi olaraq hər il ulu öndər Heydər Əliyevin anadan olması münasibətilə təşkil olunan müsabiqədə məqsəd gənc alimlərin illik fəaliyyətini dəyərləndirmək və elmi-tədqiqatlara marağı artırmaqdır.

Müsabiqənin nəticələrinə əsasən elmi işçilər - Şəhla Əliyeva I, Nağı Qasımov II,Yeganə Əliyeva isə III yerə layiq görülüblər.

Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: