Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabı nəşr olunub
28.10.2019 10:28
  • A-
  • A
  • A+

“Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabı nəşr olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitab nəşr olunub.

Kitabda muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Bildirilir ki, hakimiyyət rəmzi olaraq hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur.

Azərbaycan və rus dillərində çap edilmiş kitabın müəllifi muzeyin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov, elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: