Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Poetika.izm” jurnalının növbəti nömrəsi işıq üzü görüb
25.10.2019 14:55
  • A-
  • A
  • A+

“Poetika.izm” jurnalının növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının 2019-cu ildə birinci nömrəsi nəşr olunub.

Jurnalın baş redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, baş redaktorun müavini, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktura, forma”, “İzm”, “İntertekustallıq və multidisplinar əlaqələr” bölmələrindən ibarətdir.

Qeyd edək ki, jurnalın redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Türkiyə və Polşanın alimləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: