Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Nanotexnologiyalar sahəsi üzrə görkəmli alim ilə görüş keçirilib
18.06.2014 00:00
  • A-
  • A
  • A+

Nanotexnologiyalar sahəsi üzrə görkəmli alim ilə görüş keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Biofizika kafedrasının professoru, eləcə də Rusiya Elmlər Akademiyası Ümumi və Qeyri-üzvü kimya, Elektrotexnika və Radiotexnika institutlarının əməkdaşı Qennadiy Borisoviç Xomutov ilə görüş keçirilib.

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribovgörüşün rəhbərlik etdiyi elmi müəssisə ilə Moskva Dövlət Universitetinin Fizika fakültəsi arasında nanotexnologiyalar sahəsində elmi-tədqiqatlar üzrə bağlanmış müqaviləyə əsasən keçirildiyi bildirib. A.Qəribov 373 elmi məqalə, 19 patent, 5 monoqrafiyanın müəllifi olan və nanotexnologiyalar sahəsində görkəmli alim Q.Xomutovun elmi fəaliyyəti haqda məlumat verib.

Q.Xomutov “Nano-mühəndisliyin biofiziki əsasları” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: