Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası ölkə ərazisindəki abidələrdə tədqiqatlar aparacaq
25.10.2019 09:47
  • A-
  • A
  • A+

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası ölkə ərazisindəki abidələrdə tədqiqatlar aparacaq

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova İtaliyanın Neapol Şərq Universitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenito və İtaliya Yaxın və Uzaq Şərq Tədqiqatları İnstitutunun əməkdaşı, Dr. Manuel Kastelluççia ilə görüşüb.

Görüşdə 2017-ci il iyunun 9-da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Unversiteti arasında beş il müddətinə imzalanmış birgə tədqiqat və təhsil əməkdaşlığı anlaşma memorandumunda nəzərdə tutulmuş müddəalara dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan arxeoloqlarının italiyalı həmkarları ilə birgə ölkə ərazisindəki arxeoloji abidələrdə tədqiqat aparmaları üçün beynəlxalq arxeoloji ekspedisiyanın təşkil edilməsi qərara alınıb. Bildirilib ki, tədqiqatların aparılması üçün nəzərdə tutulmuş abidələr xronoloji baxımdan son tunc – erkən dəmir dövründən son antik dövrədək olacaqdır.

Qeyd edək ki, hazırda italiyalı arxeoloqlar AMEA Arxeologiya və  Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurovun və institutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Mikayıl Mustafayevin müşayəti ilə gələcəkdə fəaliyyəti planlaşdırılmış Azərbaycan-İtaliya beynəlxalq ekspedisiyasının tədqiqat aparacağı abidələrə baxış keçirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: