Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elmi irs mərkəzinin rəhbəri beynəlxalq konfransda iştirak edib
24.10.2019 16:19
  • A-
  • A
  • A+

Elmi irs mərkəzinin rəhbəri beynəlxalq konfransda iştirak edib

AMEA Rəyasət Heyəti aparatının Elmi irs mərkəzinin rəhbəri, t.e.d., dosent Zemfira Hacıyeva “Təhsilin, elmin və biznesin qloballaşması şəraitində inteqrasiya problemləri” adlı növbəti beynəlxalq distant konfransda iştirak edib. Tədbir Kiyevin Texnologiya və Dizayn Milli Universitetinin yaranmasının 89-cu ildönümünə həsr olunub.

MDB ölkələrinin, həmçinin Avropa Birliyi dövlətlərinin aparıcı alimlərinin, ixtisaslaşmış ekspert və doktorantlarının birbaşa və distant yolla qatıldığı konfrans Britaniya Şurasının (British Council) “Creative spark” layihəsi çərçivəsində baş tutub.  Konfransın təşkilatçıları sırasında Elmi irs mərkəzi də var.

Tədbirin açılışında Z.Hacıyeva Azərbaycanın elmi ictimayyəti adından giriş sözü ilə çıxış edib, iştirakçılara uğurlar arzulayıb.

Sonra Azərbaycan Dillər Universitetinin rektorunun multikulturalizm məsələləri üzrə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Çeşmi Hacıyevanın “Təhsilin qloballaşması, elm və iqtisadiyyatın inteqrasiyasında Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, AMEA-nın Elmi irs mərkəzi artıq ikinci dəfədir ki, bu miqyaslı onlayn konfransda təmsil olunur. Bu cür konfranslar Ukrayna, Belarus, Gürcüstan, Polşa, Özbəkistan, Slovakiya, Çex Respublikası, Almaniya, Bolqarıstan və Çinin aparıcı elmi mütəxəssisləri ilə təcrübə mübadiləsinə imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: