www.science.az
24.10.2019 15:41

Coğrafiya İnstitutunun əməkdaşları Quba rayonunda ekspedisiyada olublar

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin bir qrup əməkdaşı Quba rayonunda ekspedisiyada olublar.

Mütəxəssislər şöbənin elmi-tədqiqat planına uyğun olaraq Böyük Qafqazın şimal-şərq yamacı relyefinin ekoloji geomorfoloji şəraitini tədqiq edirlər.

Geomorfoloqlar Şahdağ-Qızılqaya massivində, Mıxtökən silsiləsində, Xınalıq, Cek, Qırız, Qalayxudat kəndləri ərazilərində olub, Şahnabadçay-Qusarçay-Qudyalçay hövzələrində, Ləzə kəndi və ətraf ərazilərdə tədqiqatlar aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.