Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Ümumi yığıncağı keçirilib
23.10.2019 17:19
  • A-
  • A
  • A+

AMEA-nın Ümumi yığıncağı keçirilib

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə akademik Akif Əlizadə Ümumi yığıncağın gündəliyində AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O, bu vəzifəyə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Urxan Ələkbərovun sədrliyi, akademiklər - Vaqif Fərzəliyev, Möhsün Nağısoylu, Nailə Vəlixanlı və Əkpər Feyzullayevin üzvlüyündən ibarət Hesablayıcı Komissiya yaradılıb.

Səsvermənin nəticəsinə əsasən, akademik Ramiz Mehdiyev AMEA-nın yeni prezidenti seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: